VKontakte "Qrup videozəngləri"ni işə saldı

15 Sentyabr 2020 23:40

VKontakte sosial şəbəkəsi "Qrup videozəngləri"ni xidmətini işə salıb. Beləliklə bu platformanın istifadəçiləri artıq 128-dək istifadəçidən ibarət qruplarda videokonfranslar keçirə bilərlər. Üstəlik söhbətə qoşulmaq üçün VKontakte hesabınız olmaya bilər, anonim olaraq qoşula bilərsiniz. Videozənglər etmək üçün hər hansı tətbiq yükləməyə ehtiyac yoxdur. Smartfon və ya kompüter üzərindən sizə göndərilən dəvət linki vasitəsi ilə videozəng edə bilərsiniz.

Videkonfrans funksiyası vasitəsi ilə siz müxtəlif iş görüşmələri, dərslər keçirə bilərsiniz. Qrupu yaradan şəxs istədiyi şəxsi əlavə edə, qrupdan çıxara və qrupda olan istifadəçilərin mikrofonlarını söndürüb/yandıra bilər.

Hər bir istifadəçi üçün "əl qaldırmaq" imkanı təqdim olunur, hansının köməyi ilə iştirakçı sözünün olduğunu göstərmiş olur və söz sahibliyi ona ötürülür. Xidmətin daha bir üstünlüyi "daxil olan zəng" funksiyasıdır. Bu funksiya adminləri təkrar dəvət linki göndərməkdən azad edir. Görüşə qoşula bilməyən və ya gecikən istifadəçilər özləri qrupa zəng edərək konfransa qoşula bilərlər.

Həmçinin istifadəçilər üçün 360 dərəcəlik Artırılmış Reallıq effektləri mövcuddur. Videozəng zaman onlardan istifadə edərək konfransa rəng və əyləncə qata biləcəklər.

Milli.Az