Çin-Rusiya ittifaqı ABŞ üçün təhlükəlidir

13 Sentyabr 2020 14:38

Rusiya və Çinin ittifaqı ABŞ üçün təhlükəlidir, çünki Rusiya güclü orduya, Çin isə güclü iqtisadiyyata sahibdir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "National Interest" jurnalının müəllifi Duq Bendou yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Moskva və Pekini yaxınlaşdırıb.

O, həmçinin Çin və Rusiya arasında sıx hərbi əlaqələrin olduğunu qeyd edib.

Milli.Az