Raykaard milli komandadan imtina etdi

13 Sentyabr 2020 14:31

Ronald Kumanın gedişindən sonra baş məşqçisiz qalan Niderdand millisinin yeni çalışdırıcı axtarışları davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Niderland Kral Futbol Asossiasiyası baş məşqçi postuna Frank Raykaardı gətirmək istəyib. Hətta tərəfləri arasında ilk görüş baş tutub. Lakin 57 yaşlı mütəxəssis bu təklifdən imtina edib.

Qeyd edək ki, Raykaard 1998-2000-ci illərdə Niderland millisinə başçılıq edib.

Milli.Az