Gürcüstanda daha bir deputat koronavirusa yoluxdu

13 Sentyabr 2020 14:05

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadze koronavirusa yoluxub. 

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edən millət vəkilinin COVİD-19 analizinin cavabı müsbət olub.

Qeyd edək ki, bir neçə gün öncə  parlamentin digər üzvü Levan Qoqiçaişvilinin də virusa yoluxması təsdiqlənib.

Hər iki deputatın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Milli.Az