Pakistanda ev uçdu: ölənlər var

13 Sentyabr 2020 13:59

Pakistanın Karaçi şəhərində ikimərtəbəli yaşayış evinin uçması nəticəsində azı 2 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bazar günü "Samaa" telekanalı xəbər verib.

Onun məlumatına görə, bu gün səhər saatlarında yaşanan hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir. Ərazidə xilasedicilər işləyir. Onların məlumatına görə, dağıntılar altında insanlar ola bilər. 

Milli.Az