8 yaşlı qızın bədəninə dəmir batdı

13 Sentyabr 2020 13:07

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bağlar yaşayış massivində baş verib. 

Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib.

Yaralı dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az