Rusiyada kilsəni yandırmaq istədilər

13 Sentyabr 2020 13:00

Peterburqun mərkəzində bir kişi Müqəddəs Yekaterina kilsəsini yandırmaq istəyib.

APA bildirir ki, bu barədə "PEH" telekanalı məlumat verib.

İnsident Konyuçennoy küçəsində baş verib. Hadisə yerində 45 yaşlı kişi saxlanılıb. Onun əlində 10 litrlik qabda yanacaq olub.

Hadisənin başvermə səbəbi araşdırılır.

Milli.Az