"Torino"dan "Fulham"ə - RƏSMİ

13 Sentyabr 2020 12:54

"Fulham" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Torino"dan Ola Eynanı transfer edib.

Bu barədə "Fulham"in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında "Fulham"ə keçirəcək.

İngiltərə klubu mövsümün sonunda nigeriyalı futbolçunun transfer hüquqlarına sahib ola bilər. "Çelsi"nin yetirməsi olan Eyna, 2018-ci ilin yayından "Torino"da çıxış edir.

Milli.Az