İllərdir özünü qaradərili kimi qələmə verib

13 Sentyabr 2020 12:47

ABŞ-ın Corc Vaşinqton Universitetinin tarix kafedrasının dosenti Cessika Kruq maraqlı etirafı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qadın, əslində, ağdərili yəhudi olduğunu, amma illərdir xüsusi rənglərdən istifadə edərək özünü qaradərili kimi qələmə verdiyini bildirib.

Hazırda dərslərdən kənarlaşdırılan Kruq bununla ətrafdakı insanlarla yaxşı ünsiyyət qura bildiyini deyib. O, psixoloji problemlərinin də olduğunu gizlətməyib.

Mütəxəssislər də onun bu yalanını uşaqlıqda və yeniyetməlik illərində aldığı psixoloji travmalarla əlaqələndirib.

Milli.Az