Poçtdan 100 il əvvəl ünvanlanan açıqca aşkar edildi - FOTO

13 Sentyabr 2020 12:41

ABŞ-ın Miçiqan ştatında yaşayan qadının ünvanına 100 il əvvəl göndərilən poçt açıqcası daxil olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

30 yaşlı Brittani Kiç ona ünvanlanan poçt bağlamasının içindən köhnə açıqca tapdığına çox təəccüblənib.

O, əvvəl açıqcaya çox əhəmiyyət verməyib. Yalnız bir müddət sonra qadın açıqcanın üzərindəki 29 oktyabr 1920-ci il tarixli poçt markasına diqqət yetirib.

Açıqca Floss Berdjess tərəfindən Roy Makkuin adlı şəxsə ünvanlanıb.

Açıqça Hellouin bayramı münasibəti ilə hazırlanıb, onun üzərində qara pişik, qaz, bayquş və əl ağacı tutmuş qadının təsvirləri var.

B.Kiç açıqcanın fotosunu sosial şəbəkələrdə yerləşdirərək orada adları qeyd olunan şəxslərin qohumlarını tapıb məktubu onlara təhvil verməyi düşünür.

Milli.Az