Keçmiş arvadı türkiyəli müğənnidən məhkəməyə şikayət etdi

13 Sentyabr 2020 13:20

Türkiyəli məşhur müğənni Gökhan Özenin keçmiş arvadı ondan şikayətçi olub.

"Sabah" məlumat verir ki, Selen Sevigen məhkəməyə Özenlə bağlı şikayət edib.

Onun sözlərinə görə, keçmiş əri istədiyi vaxt evə gəlir, hirsini cilovlaya bilməyib dava çıxarır və uşaqlara psixoloji təsir göstərir.

Buna görə, o, ərinin uzaqlaşdırılmasını, qızlarının və özünün qorunmasını tələb edib.

Sevigen qeyd edib ki, Özen qızlarına aliment də ödəmir. (oxu.az)

Milli.Az