Ermənistanda 187 yeni yoluxma

13 Sentyabr 2020 12:15

Ermənistanda son sutka ərzində 187 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 862-yə çatıb.

Son sutkada virusdan daha 5 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 916-ya çatıb.

Milli.Az