Piyada xəttində ər və arvadı vuran Burjumov hakim qarşısında

13 Sentyabr 2020 12:08

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Burjumovun cinayət üzrə məhkəmə iclası başlayıb.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Suraxanı rayonunda baş verib.

Yeni Günəşli qəsəbəsində piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını "Mitsubishi" markalı avtomobil vurub.

C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb.

R.Burjumova 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Milli.Az