Həbsdən çıxan ər arvadını güllələyib öldürdü

13 Sentyabr 2020 11:55

Lənkəran rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az