Mingəçevirdə qadın qonşusunu bıçaqladı - YENİLƏNİB

13 Sentyabr 2020 12:19

12:19

Mingəçevirdə yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadının adı bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.

Qeyd edək ki, o, kəlbəcərli, 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlunu döş qəfəsindən bıçaqlamaqda şübhəli bilinir. 

---------
11:49

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az