Şəkil çəkdir və oteldə pulsuz yaşa

13 Sentyabr 2020 11:10

Yaponiyanın turistik bölgələrindən sayılan Sindzyuki şəhərindəki "New Shohei" oteli qonaqlara pulsuz xidmət və gecələməyi təklif edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə pandemiyaya görə ölkədə işgüzar fəallığın kəskin azalması və son aylarda otelə müştərilərin üz tutmaması olub.

Xidmət qarşılığında isə ziyarətçilər istifadə etdikləri sosial şəbəkədə həmin oteldə çəkilən fotosunu və məkanın ünvanını qeyd etməlidirlər.

Otel xidmətləri sırasına isə gündə 3 dəfə qidalanma, spirtli içkilər, kondisionerli nömrələr və pulsuz internet daxildir.

Milli.Az