ABŞ-da daha bir atışma: 2 nəfər ağır yaralanıb

13 Sentyabr 2020 10:57

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib.

Məlumatda deyilir: "Şərifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.

Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

Milli.Az