Sumqayıtda azyaşlı 4-cü mərtəbədən yıxılıb

13 Sentyabr 2020 10:37

Sumqayıtda azyaşlı hündürlükdən yıxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 17-ci mikrorayonunda ev 66 ünvanında baş verib. 

Belə ki,  2016-cı il təvəllüdlü Məmmədov Hüseyn Fərhad oğlu beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az