Abşeronda 3 avtomobil toqquşdu: yaralı var - FOTO

13 Sentyabr 2020 09:58

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. "VAZ 21015" markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə "VAZ 21015"ə çırpılıb. Nəticədə "VAZ 21015"də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Milli.Az