“Renault” yol kənarındakı maneəyə çırpıldı, xəsarət alan var

13 Sentyabr 2020 09:06

Salyan rayonu ərazisində "Renault" markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az