Qazaxıstanda daha 74 nəfər koronavirusa yoluxub

13 Sentyabr 2020 08:59

Qazaxıstanda ötən sutka ərzində 74 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (7), Almatı (6) şəhərlərində, Akmolinsk (3), Aktyubinsk (2), Almatı (7), Atırau (8), Şərqi-Qazaxıstan (14), Jambıl (1), Qərbi-Qazaxıstan (7), Karaqanda (7), Kostanay (2), Pavlodar (4), Şimali-Qazaxıstan (5), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 106 803 nəfər çatıb.

Milli.Az