ABŞ-da ticarət mərkəzində atışma olub, ölən var

13 Sentyabr 2020 08:45

ABŞ-ın Mişuoka şəhərində (İndiana ştatı) ticarət mərkəzində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində azı bir nəfər həlak olub.

Bildirilir ki, atışma səbəbilə ticarət mərkəzindək insanlar təxliyə edilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az