ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

13 Sentyabr 2020 08:35

ABŞ-ın qərb ştatlarında meşə yanğınları nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ən çox ölüm halları Kaliforniya ştatında qeydə alınıb. Burada meşə yanğınları 19 nəfərin ölümünə səbəb olub.

Bildirilir ki, ölüm hallarının əksəriyyəti son günlərdə qeydə alınıb.

Milli.Az