Rusiyada yaşayış binasında yanğın baş verib

13 Sentyabr 2020 08:30

Rusiyanın Krasnodar şəhərində səkkizmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın Rossiyskaya küçəsindəki binanın çardağında başlayıb.

Məlumata əsasən, hazırda sakinlərin təxliyəsi həyata keçirilir.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az