Florida sahillərində tropik qasırğa formalaşıb

13 Sentyabr 2020 08:18

ABŞ-ın Florida ştatı sahillərində "Salli" adı verilən tropik qasırğa formalaşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tropik qasırğa daxilində küləyin sürəti saniyədə 18 metrə çatır.

Məlumata əsasən, hazırda tropik qasırğa Neyppls şəhərindən təxminən 60 kilometr cənub-şərqdədir.

Bildirilir ki, "Salli" saatda təxminən 11 kilometr sürətlə qərb istiqamətində hərəkət edir.

Milli.Az