Mebel təmiri sexi yanıb

13 Sentyabr 2020 07:50

Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan mebel təmiri sexinin yanar konstruksiyaları, içərisində olan mebellər və 1 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az