Məşhur bina satılıb

13 Sentyabr 2020 07:57

Bir vaxtlar keçmiş Yuqoslaviyada ən uca bina, Serbiya paytaxtının ən görməli yerlərindən biri olan "Belqradyanka" sarayı satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belqradın mərkəzində yerləşən, rəsmi adı "Belqrad sarayı" olan, lakin xalq arasında "Belqradyanka" adı ilə daha çox tanınmış bu bina 16,5 milyon avroya satılıb.

Yerli KİV-lərdə verilən məlumata görə, binanın alıcısı ölkənin daşınmaz əmlak bazarında mühüm rol oynayan "Marera Propertiz" şirkətinin törəmə firmasıdır.

Tenderin şərtlərinə görə, "Belqradyanka"nın yeni sahibi 3 il ərzində infrastruktura azı 8 milyon avro həcmində sərmayə qoymalıdır.

Xatırladaq ki, "Belqradyanka"nın tikintisi 1969-cu ildə başlanıb və 5 ildən sonra başa çatdırılıb.

Milli.Az