Böyük Britaniyada koronavirusa daha 3 497 nəfər yoluxub

12 Sentyabr 2020 23:56

Böyük Britaniyada yeni növ koronavirusa (COVİD-19) daha 3 497 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxma hallarının sayı iki gündür 3 mindən aşağı, bir həftədir isə iki mindən aşağı düşmür.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 365 min nəfəri ötüb.

Bildirilir ki, son sutka ərzində koronavirusdan 9 nəfər ölüb, ölənlərin ümumi sayı 41 623 nəfər təşkil edir.

Milli.Az