Monteneqro NATO-nun tərkibində qalacaq

13 Sentyabr 2020 06:30

Monteneqroda bu yaxınlarda parlament seçkilərində qalib gəlmiş üç koalisiyanın liderləri yeni hökumətin strateji vektoru barədə saziş imzalayıblar. Sazişə bu Balkan dövlətinin "avropapərəst və qərbpərəst" seçiminin qorunub saxlanması daxildir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tərəflər, həmçinin ölkənin Kosovonun müstəqilliyinin daha əvvəl tanınmasından imtina etməməsinə, yaxud milli rəmzlərin dəyişdirilməyəcəyinə razılıq veriblər. Yeni hakim çoxluq bütün cari beynəlxalq öhdəliklərə, məsələn dövlətin NATO-ya üzvlüyünə də riayət edəcək.

Sazişə uyğun olaraq yeni hökumət korrupsiyaya qarşı güzəştsiz mübarizəni təmin etmək üçün əsas dövlət təsisatlarını siyasətə qatmayacaq.

Milli.Az