Litva Latviya və Estoniyaya qadağaları gücləndirməyi təklif edir

13 Sentyabr 2020 00:45

Litva qonşuları Latviya və Estoniyaya 100 min nəfər əhalinin payına düşən koronavirusa yoluxma nisbəti 16 haldan 25 haladək təşkil edən ölkələrdən gələn şəxslər üçün məcburi özünütəcrid rejiminin tətbiqi məqsədilə qadağaları gücləndirməyi təklif edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə naziri Aureliyus Veriqa məlumat verib.

Onun sözlərinə görə, Litva bu təşəbbüsulə qarşılıqlı səfərlər üçün nəzərdə tutulan "Baltik kisəsi"ni qorumaq üçün çıxış edir. Xüsusən, koronavirusa yoluxma göstəricisinə yenidən baxılmasını indi təkcə Baltikyanı ölkələr deyil, bütün Avropa müzakirə edir.

A.Veriqa bu qadağanı yalnız Litva, Latviya və Estoniyadan gələn vətəndaşlara deyil, dövlətlərarası səfərlər həyata keçirən şəxslərə də şamil edilə biləcəyini vurğulayıb.

Nazirin sözlərinə görə, "Baltik kisəsi" qüvvədə qalmayacağı təqdirdə Latviya vəziyyətin daha pis olduğu həm Litva, həm də Estoniyaya məhdudiyyətlər tətbiq edə bilər.

Lakin istənilən halda bəzi imkanlar, istisnalar tapmağa çalışacağıq ki, vətəndaşlarımızın bu ölkələrə getmək imkanı olsun və həmin ölkələrin vətəndaşları da bizim ölkəyə səfər etdikdən sonra daha sərbəst şərait əldə edə bilsinlər. Ümid edirik ki, 100 min nəfər əhalinin payına düşən 25 hal göstəricisi ilə bağlı razılıq əldə etmək mümkün olacaq və o zaman problem öz həllini tapacaq", − deyə A. Veriqa qeyd edib.

Milli.Az