Şabranda ağır qəza: qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşdü - FOTO

12 Sentyabr 2020 18:41

Şabran rayonunda avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib.

Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Sentyabrın 12-də Şabran rayonu Dağ Bilici kəndində avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib. Diametri 76 mm olan qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşüb".

Milli.Az