Dövlət orqanlarında vətəndaşların yerində qəbulu həyata keçirilməyəcək - "ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla

12 Sentyabr 2020 17:28

"ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, sentyabrın 30-dək digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu həyata keçirilməyəcək. 

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında əksini tapıb.

Milli.Az