Bakıda “Volkswagen” piyadanı vurub öldürüb

12 Sentyabr 2020 18:58

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az