"Pəhriz saxlamıram, koronavirusa görə qorunuram" - Pərvin Abıyeva

12 Sentyabr 2020 18:39

Aktrisa Pərvin Abıyeva koronavirusdan qorunma yollarını açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, tez-tez analiz verir:

"İmmunitetim zəifdir, tez-tez xəstələnirdim. İndi isə 1 ildir qrip olmuram. Anam deyir ki, nəsə korona girəndən xəstələnmirsən. Tez-tez zəncəfil və ballı çay içirəm. Anam və xalam şəkərdir. Ona görə tez-tez analiz verir, yoxlanıram. İstəmirəm ətrafıma nəsə olsun. Axır vaxtlar idman etmirəm və pəhriz saxlamıram. Bədənim artıq öz formasını tutub. Nə yesəm də, bədən artıq formasını alıb".

Milli.Az