Keçmiş arvadı Gökhan Özeni məhkəməyə verdi

12 Sentyabr 2020 18:12

Müğənni Gökhan Özen ilə həyat yoldaşı Selen Sevigen məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Sevigen Özenin evlərinə vaxtlı-vaxtsız girdiyini, uşaqların psixologiyasına pis təsir edən hərəkətlər nümayiş etdirdiyini bildirib.

O, keçmiş ərinin tez-tez dava saldığını söyləyib. Özenin əsəblərini idarə edə bilmədiyini vurğulayan Selen qorunma və uzaqlaşdırma qərarının verilməsini tələb edib.

Müğənni eyni zamanda övladları üçün alimenti də ödəmir.

Milli.Az