Bakı sakinindən odlu silah götürülüb

12 Sentyabr 2020 18:18

Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan "Makarov" markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az