Neymar bu markanın siması olacaq

12 Sentyabr 2020 14:44

PSJ-nin futbolçusu Neymar "Puma" brendinin  yeni siması olacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tərəflərin yaxında müqavilə imzalayacağı gözlənilir.

Braziliyalı oyunçu "Puma"nnın rəsmi instagram səhifəsini izləməyə başlayıb və brendin loqosunun yerləşdiyi bir foto paylaşıb.

28 yaşlı hücumçu bunadək "Nike" brendinin siması olub. Lakin avqust ayında tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə ləğv edilib.

Milli.Az