Plutonda həyat izləri tapılıb?

27 Dekabr 2011 14:43
Milli.Az xəbər portalı "Scientist"ə istinadən bildirir ki, bu planetdə donmuş halda metan və karbon qazları tapılıb. Onların Kainatda yaranan elementar hissəciklərin selləri ilə toqquşmaları ultrabənövşəyi şüaları udan maddənin yaranmasına səbəb olur.

Amerikalı alimlər Pluton planetindəki durumla bağlı təfərrüatlı məlumatlara NASA-nın "New Horizons" kosmik teleskopu vasitəsilə nail olmaq niyyətindədirlər.

1930-cu ildə astronom Klayd Tombonun aşkarladığı Pluton uzun müddət normal planet hesab olunurdu. Lakin 2006-cı ildə o, cırtdan planet hesab edilib.
Pluton və onun təbii peykləri Haron, Nikta və Hidra Günəş sisteminin lap kənarında yerləşir.

Milli.Az