Bakıda yol qəzası növbəti dəfə tıxac yaratdı

12 Sentyabr 2020 09:25

Bakıda növbəti yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə paytaxtın Z.Bünyadov prospekti (DİN Hospitalının yaxınlığında) 20 Yanvar istiqamətində baş verib. Yol nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə sıxlıq var.

Milli.Az