Bakıda kişi ikinci mərtəbədən yıxılıb

12 Sentyabr 2020 08:53

Bakının Qaradağ rayonunda kişi ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

Torağay küçəsi 17 ünvanında yaşayan 55 yaşlı Abbasov İlqar Abbas oğlu binanın ikinci mərtəbəsindən yıxılaraq yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az