Qastritin müxtəlif növləri

12 Sentyabr 2020 23:25

* Kimyəvi qastrit ən çox rezeksiya olunmuş mədə güdülündə, vaqotomiyadan sonra mədə çıxacağının anadangəlmə və ya qazanılma çatışmazlığında, onikbarmaq bağırsaq keçiriciliyinin xroniki pozğunluğunda müşahidə edilir. Xroniki qastritin bu forması pankreatik fermentlərin, öd turşularının və onun duzlarının mədəyə davamlı olaraq tökülməsi sayəsində əmələ gəlir.
* Limfositar qastrit aşkar olumayan antigenin yerli təsirə immun cavab kimi ortaya çıxır. Xəstəliyin əsas əlaməti epitelin kəskin ifadə olunan limfositar infiltirasiyası ilə xarakterizə olunmasıdır. Xroniki qastritin bu növündə mədənin divarında qalınlaşmış büküşlər, düyünlər, eroziyalar aşkar edilir. Xroniki qastritin bu növü selikli qişa və mədə divarının digər qatlarının eozinofillərlə kəskin ifadə olunmuş infiltirasiyası, onun ödemi və qanla dolğunluğu ilə xarakterizə olunur.
* Eozinofilli qastrit naməlum etiologiyalı xroniki residivləşən xəstəlikdir. Xəstələrin bu qismində anamnezdə bronxial astma, ekzema və atopik fenomenlə bağlı digər xəstəliklər qeyd edilir. Qastritin bu növündə mədə divarının ödemi, infiltirasiyası və qanla dolğunluğu müşahidə edilir.
* Qranulomatoz qastrit sarkidozlu xəstələrin 10%-ində Kronn xəstəliyi olan xəstələrin 7%-ində, həmçinin vərəmdə, mikozlarda rast gəlinir. Qastritin bu forması epiteloid hüceyrələrdə qranulomaların olması ilə xarakterizə edilir.
*Qiqant hipertrofik qastrit mədənin selikli qişasının beyin qırışlarının qiqant büzüşməsi ilə xarakterizə edilir. Bu zaman mədənin çuxurları qıvrılmış və genişlənmiş görünür. Xroniki qastritin bu növündə mədənin çuxurları genişlənmiş, qıvrılmış görünür, onların mənfəzində çox vaxt selik tapılır.
* Xroniki qeyri atrofik qastrit iltihabi dəyişikliklər subepitelial ödem və leykositar infiltirasiya ilə təzahür edir. Xroniki atrofik qastrit mədənin fundal şöbəsi və cisminin selikli qişasının erkən atrofiya əmələ gəlməklə zədələnməsi ilə xarakterizə edilir.
* Atrofik qastrit adənən B 12 defisitli anemiya, trioidit, treiotoksikoz xəstəlikləri ilə birgə olur. Xroniki qastritin bu növünə ahıl yaşda olan adamlarda rast gəlinir. Bu zaman mədədə dolma və artıq yemə hissi olur. Qastritin bu növündə xəstələrdə qida və hava ilə gəyirmə, meteorizm olur.

Milli.Az