İkimərtəbəli ev yanıb

11 Sentyabr 2020 20:07

Tovuz rayonunun Bala Şamlıq kəndində ümumi sahəsi 126 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyü 35 m² sahədə yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az