Qayıqda italiyalı basketbolçunun yarıçılpaq şəkillərini çəkən kapitan ifşa edildi - FOTO

12 Sentyabr 2020 17:30

Sabiq italiyalı qadın basketbolçu Valentina Vinyali başına gələn hadisə barədə danışıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, yerli ölkənin "Grazia" nəşrinə danışan Vinyali bu yaxınlarda istirahət etdiyi məqamda üzləşdiyi xoşagəlməz hadisəni nəql edib.

Belə ki, cazibədar basketbolçu qayıqda dincələrkən həmin qayığın kapitanı gizlicə onun fotolarını çəkib. Həmin vaxt Valentina çimərlik geyimində olub.

Bunu görən idmançı dərhal telefonu onun əlindən alaraq suya atıb. 

Qayıq kapitanı gördüyü "işdən" peşman olduğunu deyib.

Milli.Az