Bakıda “Ford” markalı yük avtomobili yanıb

11 Sentyabr 2020 22:16

Bakı şəhərinin Xətai rayonunda "Ford" markalı yük avtomobilinin oturacaqları və elektrik lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az