Ağacdan dərib boşqaba tökdük: Əncir mürəbbəsi necə bişirilir? - VİDEORESEPT

12 Sentyabr 2020 15:12

Siyəzən rayon Böyük Həmyə kənd sakini Sevinc Bədəlova Sputnik Azərbaycan-a əncir mürəbbəsinin hazırlanma qaydasını nümayiş etdirib. Onun sözlərinə görə, əncir əsasən səhər tezdən tər halında dərilməlidir, çünki əncir sutka ərzində xarab ola bilər. 

Mürəbbə üçün bir kiloqram təzə dərilmiş əncir yuyulub soyulduqdan sonra, üzərinə bir kiloqram şəkər tozu və bir stəkan su əlavə edib, suyu çıxandan sonra ocaqda bişirilir.

Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə>>

Əncir mürəbbəsi iki üsulla - qabıqlı və qabıqsız bişirilə bilər. Bu, yalnız insanların öz zövqü və ağız dadından asılıdır.

Milli.Az