Payızda arıqlamaq üçün İDEAL MƏHSUL

13 Sentyabr 2020 05:30

Tibb elmləri doktoru, Samara Tədqiqat və Pəhriz Terapiyası İnstitutunun direktoru Mixail Ginzburq payızda arıqlamağa kömək edən ideal məhsulu açıqlayıb.

Milli.Az xəbər verir ki, Ginzburq balqabağın həm ləzzətli olduğunu, həm də az kalorili olduğunu və belə bir xüsusiyyətlərə sahib olan bitkinin olduqca nadir tapıldığını qeyd edib. Bu tərəvəzin kalorisi az olduğundan arıqlamağa kömək edir. Eyni zamanda mütəxəssis balqabağı tək yeməyin mümkün olmadığını, bunun orqanizmə mənfi təsir göstərə biləcəyini və arıqlamağa kömək etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Ginzburq bu yaxınlarda gəncliyi uzada biləcək beş məhsulun adını açıqlamışdı. Yaşıl çayın qocalma prosesini ləngitdiyi və bədəni cavanlaşdırdığı üçün onu pəhrizinizə əlavə etməyi məsləhət görür. Yaşlanmaya qarşı məhsulların siyahısına zeytun yağı, kətan toxumu və balıq da daxildir. İltihab əleyhinə olan doymuş yağ turşuları ilə zəngindir. Bundan əlavə, mütəxəssis şəkəri tünd şokoladla əvəz etməyi məsləhət görür. (publika.az)

Milli.Az