Kavani La Liqa nəhənginə keçir

11 Sentyabr 2020 20:51

PSG-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Benfica-ya keçməkdən son anda imtina edən uruqvaylı forvard Atletico Madrid-lə anlaşmaq üzrədir.

Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında Napoli-dən PSG-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Milli.Az