Püşkün tarixi və yeri müəyyənləşdi - Avro-2024

11 Sentyabr 2020 23:00

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatmasının tarixi və yeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, püşk Hamburq şəhərində olacaq. 

24 komandanın qatılacağı püşkatma mərasimi 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, Avro-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.

Milli.Az