Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 11-də Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan parlamentinin Sədri Sahibə Qafarovanın adından Anıtqəbrin önünə əklil qoyulub.
Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.
Milli.Az