Bu mövsüm Premyer Liqada çıxış edəcək "Lids" baş məşqçisi Marselo Bielsa ilə müqaviləni yeniləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.
65 yaşlı mütəxəssis 2018-ci ildən "Lids"i çalışdırır.
Qeyd edək ki, Premyer Liqada yeni mövsüm sabah başlayır. "Lids" sabah ilk oyunda son çempion "Liverpul"un qonağı olacaq.
Milli.Az